Belə ki, dayanacaqların önündəki səkilər çox hündürdür ki, bu da əlillərin bir neçə nəfərin köməyi olmadan nəqliyyatdan istifadəsini mümkünsüz edir. Növbəti süjetimizin qəhəramanı da hər gün bu problemlə qarşılaşdığını deyir.

Fiziki məhdudiyyətli gəncə ətrafdakı insanlar kömək edərək hündür pilləkənlərdən qaldırırlar.

Əlil arabası üçün nəzərdə tutulmuş panduslar bəzi yerlərdə olsa da, çox sərtdir və onunla qalxmaq mümkün deyil.

Orxan Adıgözəl deyir ki, hamı kimi çöldə rahat gəzmək istəyir, amma vəziyyət buna imkan vermir. Ailə üzvlərinə çox əziyyət verə bilmir ki, onu davamlı olaraq çöldə gəzdirsinlər. Yalnız dostlar boş olanda kömək edir. Digər vaxtlarda isə çölə çıxa bilmir.

Orxan deyir ki, yalnız müasir avtobuslarda əlil arabası üçün keçid var. Onların da sayı azdır.

Məsələ ilə bağlı “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətindən “Xəzər Xəbər”ə bildirdilər ki, düzdür, əvvəl salınan səkilərdə əlil arabaları nəzərə alınmayıb. İndi isə yeni çəkilən bütün yollarda onlar üçün xüsusi keçidlər qoyulur.