Cümə , Aprel 26 2024
Ana səhifə / Media / Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı – YENİLİK 

Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı – YENİLİK 

Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi saytında vətəndaşlar üçün daşınmaz əmlakın qeydiyyatı ilə bağlı yenilik edilib. Bu barədə Əmlak Ekspert Mərkəzinin rəhbəri Ramil Osmanlı məlumat verib.

Onun sözlərinə görə, vətəndaşlar onlara məxsus daşınmaz əmlaka dair çıxarış almaq üçün tələb olunan sənədlərin siyahısı ilə tanış ola biləcəklər. Belə ki, Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi internet səhifəsində bu siyahını əks etdirən “Vətəndaşların nəzərinə” adlı ayrıca keçid (link) yaradılıb.

Burada mənzil fondunun özəlləşdirilməsi, fərdi yaşayış evlərinin ilkin qeydiyyatı, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi üçün tələb olunan sənədlərin siyahısı əksini tapıb. Həyətyanı torpaq sahəsi və bağ evi olan vətəndaşlar da bu əmlakların ilkin qeydiyyatı üçün zəruri sənədlərin siyahısını bu linkdə görə bilərlər.

Fərdi və kooperativ bağ sahələri (boş torpaq sahələri) üzərində hüquqların ilkin qeydiyyatı üçün tələb olunan sənədlərin siyahısı da bu linkdə yer alıb. Kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının istifadəsindəki bağ sahələrinin ilkin qeydiyyatı bağlı sənədlərlə də burada tanış olmaq mümkündür. Bu siyahı isə yalnız 2001-ci il 1 yanvar tarixinədək ayrılmış torpaq sahələrinin qanuni istifadəçilərinə şamil edilir.

Bundan əlavə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti yaranan tarixdən əvvəl yaranmış mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı sənədlərin siyahısı da linkdə əksini tapıb. Bu mülkiyyət hüquqlarına Xidmət fəaliyyətə başlayana qədər müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydiyyata alınmış hüquqlar və bu barədə verilmiş sənədlər aiddir. Vətəndaş qeydiyyat prosesinə başlamazdan öncə sadəcə bu linkə daxil olaraq zəruri sənədlər siyahısı ilə tanış olur. Artıq bundan ötrü ərazi qeydiyyat idarəsinə getməsinə və ya zəng vurmasına ehtiyac qalmır. Daha sonra isə vətəndaş daşınmaz əmlak barədə istədiyi hüquqi əməliyyatları həyata keçirməyə başlayır. Xatırladaq ki, qeydiyyat üçün əsas olan ilkin sənədlərin siyahısı əhəmiyyətli dərəcədə genişlənib. Qeydiyyat üçün tələb olunan müddətlər də qısaldılıb və 10 iş gününə endirilib.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın