Çərşənbə axşamı , Noyabr 19 2019
Ana səhifə / Media / “Daha heç bir qurum mediaya nəzarət etmir” – Əflatun Amaşov

“Daha heç bir qurum mediaya nəzarət etmir” – Əflatun Amaşov

“Azərbaycanda media sahəsində uğurlar əldə olunub, 1998-ci ildə senzura ləğv edilib, qanunvericilik bazası təkmilləşdirilib. Daha sonra Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi. Ölkədə daha heç bir qurum mediaya nəzarət etmir, media tam müstəqildir”.

“Report”un xəbərinə görə, bunu Bakıda keçirilən Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısında Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

Şura sədri qeyd edib ki, Azərbaycanda internet media da fəaliyyətini uğurla davam etdirir: “Azərbaycanda 3 milyona yaxın insan sosial şəbəkədən istifadə edir. Ölkəmizdə etnik qruplar sülh və əminamanlıq şəraitində yaşayırlar. Media da bu istiqamətdə dövlət siyasətini dəstəkləyir”.

Həmçinin oxuyun

Əlibəyli ilə müqavilə ləğv edildi, verilişi bağlandı – Rəsmi

Tanınmış aparıcı Elçin Əlibəylinin sosial şəbəkə hesabında Speys TV-nin efirində getdiyini iddia etdiyi video-paylaşıma televiziyadan …