Ana səhifə / Media / “Daha çox ibtidai sinif müəllimləri psixoloji problemlər yaşayır” – Nazirlik rəsmisi

“Daha çox ibtidai sinif müəllimləri psixoloji problemlər yaşayır” – Nazirlik rəsmisi

“Psixoloji baxımından daha çox ibtidai sinif müəllimləri problem yaşayır”. Musavat.com xəbər verir ki, bu sözləri Təhsil Nazirliyinin informasiya şöbəsinin müdiri Elnur Əliyev jurnalistlər üçün keçirilən təlimdə bildirib. Nazirlik rəsmisi məsələyə bu cür aydınlıq gətirib:
“Çünki hər sinifdə 30 nəfər uşaq olur. İlk dəfə parta arxasında oturan uşaqlara çox həssas yanaşılmalıdır. Bunu nəzərə alaraq məktəbəqədər hazırlıq qruplarının yaradılmasını təklif etdik”.  
Nazirlik rəsmisi həmçinin müəllimlərin diaqnostik qiymətləndirmə imtahanlarının nəticələrindən də söz açıb. Qeyd edib ki, müəllimlərin imtahan nəticələri hər biri direktora ayrıca zərfdə verilib:
“Bununla da direktor müəllimləri arasındakı fərqi öyrənmiş olub. Hətta bir çox direktorlar qiymətləndirmədən sonra təşəkkür də ediblər. Çünki məktəbdə fironluq edən müəllimlər imtahandan sonra sakit kənara çəkilib. Nəticədə çox aşağı göstərici toplayan müəllimlərin bir qismi özləri ərizə yazıb işdən gediblər. Qiymətləndirmədən sonra əmək haqqı fərqini gördükdən sonra bölgə müəllimləri də qiymətləndirilmə keçirilməsi üçün müraciət ediblər”.
Təlim hazırda davam edir.

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın