Bazar ertəsi , Oktyabr 18 2021
Ana səhifə / Media / Daha bir xəstə həkim səhvinin qurbanı oldu – VİDEO

Daha bir xəstə həkim səhvinin qurbanı oldu – VİDEO

53 yaşlı Şölə Quliyeva uzun illər “varikoz ” kimi tanınan damar genişlənməsindən əziyyət çəkib və ötən ilin noyabr ayında Xüsusiləşdirilmiş Angioloji Mərkəzdə ayağından əməliyyat olunub. İki ay xəstəxanada yatdıqdan sonra evə göndərilib.

Əməliyyatdan sonra ayağının düzəlmədiyini görən qadın müayinə üçün digər özəl bir xəstəxanaya müraciət edib. Həmin xəstəxanadan isə əməliyyatın səhv edildiyi bildirilib.

Qeyd olunur ki, xəstəni Angioloji Mərkəzdə həkim Azər Şəmsəddinski əməliyyat edib.

Angioloji Mərkəzin şöbə müdiri Vəli Nəsibov əməliyyatın səhv olduğunu eşidəndə təəccüblənib və mərkəzin indiki baş həkimi ilə əlaqə saxlamağı məsləhət görüb.

Lakin telekanalın əməkdaşları xəstəxanaya gedəndə, onları içəri buraxmayıblar.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən bildirilib ki, rəsmi müraciət olunmalıdır və komissiya tərəfindən araşdırma aparılmalıdır.

Həmçinin oxuyun

Xanım jurnalist üzləşdiyi təxribatın həll edilməsi ilə bağlı nazir Vilayət Eyvazova təşəkkür etdi

Jurnalist, Azeronline.tv saytının baş redaktoru Elmira Hümbətova daxili işlər naziri Vilayət Eyvazova xüsusi təşəkkürünü çatdırıb: …

Bir cavab yazın