Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / Daha bir tanınmış jurnalist ATV-dən getdi – Foto

Daha bir tanınmış jurnalist ATV-dən getdi – Foto

“Azad Azərbaycan” Müstəqil Teleradio Şirkətinin (ATV) Xəbərlər Departamentinin redaktoru Nicat Sadıqlı telekanalla yollarını ayırıb.

Bu barədə jurnalist özü məlumat verib. 

N.Sadıqlı səhhətindəki problemə görə işdən ayrıldığını bildirib:

“Əziz dostlar. Bu gün 8 il çalışdığım ATV telekanalından öz istəyimlə ayrıldım. Necə deyərlər, tarix baxımından az olsa da, insan ömrü baxımından az müddət deyil. Bu müddət ərzində “ATV Xəbər” proqramında mənə həvalə olunan redaktor, baş redaktorun müavini, şef redaktor vəzifələrinin öhdəsindən gəlməyə çalışdım. Mənə etimad göstərən hər kəsə təşəkkürümü bildirirəm. Bir az səhhətimə fikir verməliyəm, hər şey düzələndən sonra yola davam edərik”.

Daha bir tanınmış jurnalist ATV-dən getdi - Foto

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …