Şənbə , Yanvar 23 2021
Ana səhifə / Media / Daha bir rəis cərimələndi – Zibilliyə görə

Daha bir rəis cərimələndi – Zibilliyə görə

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Suraxanı rayonu Zığ şossesi 1 ünvanında tullantıların qalaqlanması və yandırılması ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb. 

“Qafqazinfo”ya nazirlikdən daxil olan məlumata görə, əraziyə keçirilən baxış zamanı bərk mənşəli müxtəlif tərkibli tullantıların qanunvericiliyə uyğun qaydada idarə olunmadığı və qalaqlanaraq yandırıldığı məlum olub.

Faktla bağlı sözügedən ərazidə tullantıların idarə olunmasına cavabdeh olan 1saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 135 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Sahib Quluyev barəsində protokol tərtib olunub və o vəzifəli şəxs qismində inzibati qaydada 2000 manat məbləğində cərimə edilib.

Yol verilmiş qanun pozuntusunun aradan qaldırılması, ərazinin tullantılardan təmizlənməsi və gələcəkdə belə hallara yol verilməməsi üçün S.Quluyevə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

Həmçinin oxuyun

Əli Həsənovun jurnalisti şantaj etməsinə reaksiya: “Görün, qafası dünən necəymiş…“

Prezidentin keçmiş köməkçisi Əli Həsənovun adı ətrafında növbəti dəfə qalmaqal yaranıb. Belə ki, Həsənov bu …

Bir cavab yazın