Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Daha bir icra başçısının gedişi xəbəri yayıldı… – Seçki ərəfəsi…

Daha bir icra başçısının gedişi xəbəri yayıldı… – Seçki ərəfəsi…

Hələ bir müddət əvvəl xəbər yayılmışdı ki, Qusar rayon icra hakimiyyətinin başçısı vəzifəsindən alınır. Xəbərdə deyilirdi ki, Qusar rayon icra hakimiyyətinin başçısı Şair Alxasovu hazırda Qusar RİH-də başçının birinci müavini postunu tutan Arif Məmmədovun əvəzləyəcəyi gözlənilir.

Qeyd edək ki, Şair Alxasov Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizova yaxın şəxs hesab olunur və onun «yuxarılara» təqdimatda Sumqayıtın başçısının müstəsna rolu olub. Alxasovun görəvdən alınması səbəblərinə gəlincə isə, məlumatda deyilirdi ki, Alxasov artıq 5 ildir ki, Qusara rəhbərlik edir və onunla bağlı yeni təyinat qərarı da çıxa bilər.

DİA.AZ-a bu barədə dax8il olan son informasiyaya görə, qarşıdan gələn parlament semkilərilə əlaqədar bir neçə rayonun İH başçısının dəyişdirilməsi qərarı verilib ki, onların sırasında cənab Alxasovun da adı var. Mənbənin iddialarına görə, Qisar RİH başçısı bu semkilər zamanı yetərincə etibarlı fiqur hesab edilmədiyindən onun belə bir mötəbər prosesi uğurla həyata keçirəcəyinə “yuxarılar” heç də etimad göstərmirlər.

Dia.az xatırladır ki, Alxasov Şair Balaşərif oğlu 1958-ci ildə Qusar rayonunun Çətkün kəndində anadan olmuşdur. 1985-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu inşaat mühəndisi ixtisası üzrə bitirmişdir. Əmək fəaliyyəti dövründə “Azərelektroterm” İstehsalat Birliyində tikinti işləri üzrə müdir müavini, tikinti trestinin müdiri, “Bərpaçı-A” MMC-nin prezidenti, bir sıra tikinti şirkətlərinin rəhbəri vəzifələrində çalışmışdır. İcra Hakimiyyətinin Başçısı vəzifəsində 18.12.2007-ci il tarixindən çalışır. Ailəlidir, 1 oğlu, 2 qızı vardır.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın