Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Daha bir fırıldaq: Yasamalda sakinlər 9 ildir evlərinə köçə bilmir

Daha bir fırıldaq: Yasamalda sakinlər 9 ildir evlərinə köçə bilmir

Yeni Yasamalda yerləşən 16 mərtəbəli binalardan birinin sakinləri 9 ildir evlərinə köçə bilmirlər.

Onlar “Yasamal” MTK tərəfindən tikilən binanın sakinlərə təhvil verməməsindən şikayətçidir.

Riyad Rzaquliyev 16-ci mərtəbədə ikiotaqlı ev alıb. Onun sözlərinə görə, binada bütün evlər satılıb. Amma tikinti-inşaat şirkəti vədinə əməl etmir. Bu səbəbədən sakinlərin çoxu kirayələrdə yaşamağa məcburdur.

Digər sakin Elvin Qurbanov isə bankdan 10 illik kredit götürərək bu binadan ev alıb. O, aylıq 550 manat kredit borcu ödəyir: “Evi 2013-cü ildə alanda mənə söz verdilər ki, iki ay sonra ev təhvil veriləcək, təmir edib köçərsiniz. Amma 3 ildən çox vaxt keçib. Heç bir nəticə yoxdur”.

E.Qurbanovun sözlərinə grə, binada lift işləri, su, qaz, kanalizasiya xətlərinin tamamlanması gərəkdir.

Bina sakini Almaz xanım öz evini sataraq bu binadan yeni ev alıb. Hazırda bacısının evində yaşayır. Deyir ki, oğlunu evləndirmək istəsə də evin təhvil verilməsinin gecikməsinə görə heç bir addım ata bilmir.

Bina sakinləri dəfələrlə aidiyyətı orqanlara məktubla müraciət etsə də heç bir nəticə əldə etmədiklərini bildirirlər (BBC).

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın