Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Dərsliklərdə dəyişiklik ediləcək — VİDEO

Dərsliklərdə dəyişiklik ediləcək — VİDEO

Bəzi dərsliklərdə dəyişiklik ediləcək. İlk dəfə olaraq xarici dil tədrisində istifadə olunan dərsliklərin beynəlxalq mütəxəssislərin iştirakı ilə hazırlanması nəzərdə tutulur.

Bu barədə Təhsil Nazirliyinin illik hesabatında çıxış edən nazir Mikayıl Cabbarov məlumat verib. Nazir, təhsilin məzmununun təkmilləşdirilməsi məqsədilə xarici dillərin tədrisi üzrə bir sıra layihələrin hazırlandığını qeyd edib.

Nazir, bu cür pilot layihələrin bir çox fənn dərsliklərində də tətbiq ediləcəyini bildirib.

Mikayıl Cabbarov uğurlu təhsil sisteminin məzunu və bunun əmək bazarındakı yeri məsələsinə də toxunub. O qeyd edib ki, hazırda ibtidai sinfə gedən şagirdlərin 65 faizi gələcəkdə elə iş yerlərində çalışacaqlar ki, o iş yerləri bu gün mövcud deyil.

Mikayıl Cabbarov məzunların uğurlu kadr olmaları üçün zəruri faktorları da sadalayıb.

O həmçinin qeyd edib ki, İqtisadiyyat Nazirliyi ilə memorandum imzalanması nəzərdə tutulur. Məqsəd əmək bazarı üçün lazımi kadrların hazırlanmasıdır.

Həmçinin oxuyun

“Xəzər TV” niyə məhkəməyə verilib?

“Xəzər TV” məhkəməyə verilib. Pravda.az-ın xəbərinə görə, televiziya ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti “Reji” …

Bir cavab yazın