Ana səhifə / Media / Dərslər nə vaxt başlasın: 1, yoxsa 15 sentyabrda? 

Dərslər nə vaxt başlasın: 1, yoxsa 15 sentyabrda? 

Son günlər sosial şəbəkələrdə dərs günlərinin başlanma və bitmə tarixlərinin dəyişdirilməsi ilə bağlı valideynlər tərəfindən geniş müzakirələr aparılır. Müzakirələrə müəllimlərdən, digər struktur nümayəndələrindən qoşulanlar da var.

Təhsil nazirinə, digər səlahiyyətli orqanlara müraciət üçün petisiyaya və imza toplama kompaniyasına başladılıb. Çoxsaylı müraciətlərdə dərslərin əvvəlki kimi 1 sentyabr -25 may arasında keçirilməsi xahiş olunur.

Məsələ ilə bağlı Təhsil Nazirliyindən bildirilib ki, Prezidentin “Azərbaycan Respublikasında “Bilik günü”nün təsis edilməsi və təhsil müəssisələrində iş rejiminin tənzimlənməsi haqqında” 21 avqust 2004-cü il tarixli 114 nömrəli Fərmanı ilə 15 sentyabr “Bilik günü” elan edilib və respublikanın bütün təhsil müəssisələrində dərslərin sentyabrın 15-dən başlanması müəyyən edilib.

Dəyişikliyin əsas məqsədi şagirdlərin təlim yükünün azaldılması, proqram materiallarını səmərəli mənimsəmələri üçün əlverişli təhsil mühiti yaradılması göstərilib. Belə ki, məktəblərdə dərs günlərinin miqdarının az olması fənlər üzrə mövcud təlim proqramlarının şagirdlər tərəfindən səmərəli mənimsənilməsində çətinliklər yaradır, xüsusilə yuxarı siniflərdə həftəlik tədris yükünün artmasına səbəb olurdu.

Nazirliyin cavabında o da vurğulanıb ki, 1-14 iyun tarixləri yaz fəslinə təsadüf etdiyindən iyun ayında dərslərin keçilməsi hava şəraiti baxımından çətinlik törətməyəcək.

Təhsil üzrə ekspert Nadir İsrafilov saytaın suallarını cavablandırarkən deyib ki, uzun illik pedaqoji və idarəetmə orqanlarındakı fəaliyyət təcrübəsində təhsillə bağlı müəyyən yeniliyin və ya hər hansısa bir dəyişikliyin bu qədər təkidlə, israrla, hətta petisiya səviyyəsində qarşılanacağının şahidi olmayıb. Onun sözlərinə görə, bu, məsələnin nə dərəcədə ciddi olmasının əsas göstəricilərindən biridir.

“Bu qərar hələ qüvvəyə minməmişdən qabaq sərt təpki ilə müşayət olunmuşdu. Şagirdlərin təlim yükünün azaldılmasını dərs günlərinin sayının artırılması hesabına deyil, təhsil proqramlarındakı ikinci, üçüncü dərəcəli lazımsız materialların sıxışdırılması yolu ilə həll etmək olar. Digər tərəfdən dərs ilini sentyabrın 15-dən 1-nə çəkməklə zəruri hesab olanan iki həftə bərpa edilə bilərdi”.

Ekspertin fikrincə, təhsilin səmərə və keyfiyyətinin yüksəldilməsini onun müddətinin uzadılması ilə həll etmək bir o qədər də uğurlu variant deyil: “Əgər beynəlxalq təcrübəni əsas götürürüksə, dünyanın müxtəlif ölkələrində dərs ilinin başlama və başa çatması tarixləri ənənəvi olaraq iqlimdən və dərs yükündən asılı olmayaraq müxtəlifdir. Deyək ki, Rusiyada ənənəvi olaraq 1 sentyabr “Bilik günü”dür. Məktəblilərin tətilə yollandığı tarix isə mayın 25-dir. Gürcstanda dərs ili sentyabrın 10-dan sonra gələn ilk bazar etrəsi günü başlayır”.

N.İsrafilov bu məsələ ilə bağlı qonşu və Avropa ölkələrinin təcrübəsini xatırladıb. Bildirib ki, Belçikada, Çexiyada, Macarıstanda, İsraildə, Estoniyada dərs ili sentyabrın 1-i başlayır və müvafiq olaraq iyunun əvvəlinə, ortalarına və axırlarına kimi davam edir. İranda vəTürkiyədə dərslər sentyabrda başlayıb, iyun ayında başa çatır. Və yaxud Yaponiyada məktəblər aprelin 6-da açılır. Tədris ilinin yekunu növbəti mart ayına təsadüf edir. Koreyada isə dərslər martda başlayır və dekabara qədər davam edir.Malayziyada məktəblər yanvarda, Çilidə, Kosta-Rikada isə fevralın sonları, yaxud martın əvvəllərində açılır.

ABŞ-da da “Bilik günü”nün konkret tarixi yoxdur. Ştatlar və yerli qanunverici orqanlar bunun üçün fərqli tarixlər seçirlər. Bir çox məktəblər “Bilik günü” sentyabar ayının ilk bazar ertəsi, yaxud cümə axşamına təsadüf edir və s.

Nazirliyin “hava şəraiti baxımından çətinlik törədilməyəcəyi” arqumentinə gəlincə, ekspert vurğulayıb ki, iqlimlə əlaqədar əsaslı fərq olmasa belə, burada psixoloji-fizioloji faktorların rolu böyükdür. Çünki, temperaturdan asılı olmayaraq iyun ayı insanlarda istilərin hələ qabaqda olması, sentyabr ayı isə artıq istilərin arxada qalması kimi assisosiasiya olunur. Buna görə də may ayının ortalarından məktəblərdə dərsə davamiyyət azalır. Burada insana xas olan harmonal və digər prosesləri də nəzərə almaq lazımdır.

Ekspert “1 senyabr” ənənəsinin yenidən bərpa ediləcəyini istisna etməyib. O,düşünür ki, nə zamanda ölkəmizdə bu ənənə bərpa olunacaq.

Milli Məclisin deputatı Fazil Mustafa da dərslərin 1 senytabrda başlamasının tərəfdarıdır. Deputat hesab edir ki, vaxt dəyişimi uşaq bağçaları, orta məktəb və ali məktəblər üçün faydalı deyil: “Dərslər sentyabrın 1-də başlayar və mayın 31-də tamamlanarsa, həm təhsil alanlar, həm də müəllimlər rahat olar”.

AzVision.az

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …

Bir cavab yazın