Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / Dərman idxalçılarına xəbərdarlıq edildi

Dərman idxalçılarına xəbərdarlıq edildi

Səhiyyə Nazirliyi dərman vasitəsi idxalçıları və xarici istehsalçı müəssisələrin rəsmi nümayəndəliklərinə xəbərdarlıq edib.

Virtualaz.org-un məlumatına görə, xəbərdarlıqda bildirilir ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənmiş “Dərman vasitələrinin dövlət qeydiyyatına alınması və reyestrinin aparılması” Qaydalarına əsasən dərman vasitəsinin qeydiyyat vəsiqəsi 5 il müddətinə qüvvədə qalır.

Belə ki, farmakopeya qaydalarına əsasən, steril dərman vasitələrinin laborator sınağı 15 gün ərzində həyata keçirilir. Həftənin şənbə və bazar günləri Mərkəzin iş günü olmaması, bəzi hallarda istirahət, bayram və digər qeyri-iş günlərinin həftəiçi günlərə təsadüf etməsi nəticəsində dərman vasitəsinin sənədlərinin ekspertizası və nümunələrinin laborator sınaqlarının aparılmasına qədər qeydiyyat vəsiqəsinin qüvvədə olma müddətinin bitməsi hallarına rast gəlinir. Bununla əlaqədar olaraq dərman vasitəsinin qeydiyyat vəsiqəsinin qüvvədə olma müddətinin bitməsinə 30 təqvim günündən az qaldığı təqdirdə ölkəyə idxal olunması məqsədəmüvafiq hesab edilmir.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın