Ana səhifə / Media / Dəmiryol vağzalının sürüşkən daşları: təhlükəli vəziyyət – FOTOLAR

Dəmiryol vağzalının sürüşkən daşları: təhlükəli vəziyyət – FOTOLAR

Bakı Dəmiryol Vağzalında aparılan təmir işlərindən sonra sərnişin platformasında təhlükəli vəziyyət hökm sürür.

Platformaya təyinatına uyğun olmayan daşların döşənməsi sərnişinlərin hərəkətinə problem yaradıb. Belə ki, qar və ya yağış yağarkən sürüşkən olan daşların üzərində hərəkət etmək müşkülə çevrilir. Qatarlara minmək və ya düşmək istəyənlər, habelə vağzalda kimisə qarşılamağa gələnlər daşların sürüşkən olması səbəbilə platformada buz üstə gəzirmiş kimi hərəkət edirlər. Yenicə istifadəyə verilmiş platformalarda artıq bir neçə nəfərin yıxılaraq möhkəm əzildiyi, hətta qolu qırılanların olduğu bildirilir.

Sərnişinlərin sözlərinə görə, platformaların belə sürüşkən olması çox ciddi fəsadlara səbəb ola bilər: “Qatar gəldiyi vaxt kimsə sürüşsə, onu saxlamaq mümkün olmayacaq. Bu da faciəvi hadisələrə yol aça bilər. Kimsə relslərin arasına düşsə, bunun cavabını kim verəcək? Bunun yaşlısı var, uşağı var, sürüşüb əl-ayağını qırar, başı dəyər harasa. Gözümüzün qabağında neçə adam yıxılıb. Bəs iş görəndə qış ayını, yağışı, qarı düşünmürlər?”

Tikinti üzrə mütəxəssislər deyir ki, problemə səbəb bağlı yer üçün nəzərdə tutulan materialların platformaya döşənməsidir.

Qeyd edək ki, Cavid Qurbanov “Azərbaycan Dəmir Yolları” QSC-yə təyin edildikdən sonra Bakı-sərnişin stansiyasında yenidənqurma işləri başlanılıb. İşlərin bu ilin sonuna kimi yekunlaşdırılması planlaşdırılır. (BakiPost.az)

 






 

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …

Bir cavab yazın