Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Dəmiryol Vağzalının ətrafındakı obyektlər söküləcək – Video

Dəmiryol Vağzalının ətrafındakı obyektlər söküləcək – Video

Əsaslı təmirlə əlaqədar Bakı Dəmiryol Vağzalının ətrafındakı 30-dan çox obyekt söküləcək. Artıq ərazidə işləyən sahibkarlara dükanlarını boşaltmaları barədə xəbərdarlıq da edilib. Təmir işlərinin 4-5 ay çəkəcəyi gözlənilir. Elə sahibkarları da bu müddət ərzində harada işləyəcəkləri narahat edir.

Məsələ ilə bağlı Azərbaycan Dəmiryolları Qapalı Səhmdar Cəmiyyətindən bildirilir ki, ərazidə fəaliyyət göstərən 30 obyektdən cəmi 5-i qanuni şəkildə özəlləşdirilib. Qalanları isə hələ 90-cı illərdə qanunsuz yolla müxtəlif şəxslər tərəfindən zəbt edilərək icarəyə verilib. Ərazidə yeni obyektlər tikildikdən sonra isə cəmi 5 sahibkara öz yerləri veriləcək. Digərləri isə dövlət əmlakını icarəyə götürərək işləyə biləcəklər. Elə dəyişiklikdən narazı olanlar da gələcəkdə icarədar kimi fəaliyyət göstərəcək sahibkarlardır.

Tikinti-təmir işlərinin davam edəcəyi müddətdə sahibklarlara hər hansı kompensasiyanın verilib-verilməyəcəyi məsələsi isə açıq qalır.

Qapalı Səhmdar Cəmiyyətindən bildirilir ki, yeni obyektlərlə bağlı narazılığı olan sahibkarlar onlara müraciət edə bilərlər.

Qafqazinfo” xezerxeber-in mələsə ilə bağlı hazırladığı videomaterialı təqdim edir:

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın