Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Dəm qazı kabusdan qurtulmağın sadə yolu  — VİDEO

Dəm qazı kabusdan qurtulmağın sadə yolu  — VİDEO

Qazsızma, qazla ehtiyatsız davranma və diqqətsizlik nəticədə bədbəxt hadisələrə  səbəb olur. Təkcə bu gün 3 nəfər dəm qazından boğularaq dünyasını dəyişib. Ümumilikdə isə son 10 gündə 14 nəfər qazla ehtiyatsız davranmanın qurbanı olub.

Əslində isə belə bədbəxt nəticələrdən qaçmaq mümkündür. Bunun üçün sadəcə olaraq qaz sobasının quraşdırıldığı otaqlarda detektor yerləşdirmək lazımdır.

Ancaq maraqlıdır ki, təhlükə bu qədər real və üstəlik ondan çıxış yolu sadə olduğu halda, qaz detektorları barədə bir çoxları xəbərsizdir.

“Azəriqaz”dan bildirdilər ki, qaz detektorlarının qoyulmasına onlar nəzarət etmirlər. Detektorları abonentlərin özləri öz vəsaitləri hesabına alıb quraşdırılmalıdır.

Bazarlarda isə detektorlar həm qiymət, həm də alış yeri baxımından əlçatandır. Buna baxmayaraq, insanların detektorlara maraqları kifayət qədər deyil.

İstənilən halda söhbət insan həyatından gedir və buna ilk növbədə insanın özü laqeyd olmamalıdır.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın