Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / Dərsliklərdə səhvlər aşkarlanıb – RƏSMİ

Dərsliklərdə səhvlər aşkarlanıb – RƏSMİ

Dövlət İmtahan Mərkəzi (DİM) ilə Təhsil Nazirliyi arasında bağlanmış müqavilə əsasında DİM yeni təhsil proqramları (kurikulumlar) əsasında hazırlanmış X sinif dərslik komplekti layihələrinin qiymətləndirilməsini həyata keçirib.

DİM-dən verilən xəbərə görə, qiymətləndirilmə nəticəsində hazırlanmış rəylər (945 vərəq) 25 yanvar 2017-ci il tarixində Təhsil Nazirliyinə göndərilib.

Təhsil Nazirliyi tərəfindən müsabiqə şərtini ödəmiş X sinif dərslik komplekti layihələri “ictimai müzakirə” üçün http://www.trims.edu.az saytına yerləşdirildikdən sonra nazirliyin rəsmi müraciətinə əsasən, yenidən həmin layihələrin elmi-metodiki monitorinqi aparılıb. Monitorinq zamanı müəyyən edilib ki, qiymətləndirilmə nəticəsində hazırlanmış rəylərdə göstərilmiş qeyd, irad və təkliflərin xeyli hissəsi nəzərə alınıb, lakin bəzi iradlar olduğu kimi qalıb, əlavə və dəyişikliklər zamanı isə yeni səhvlərə yol verilib. Dərslik komplektlərinin yuxarıda qeyd olunan saytda yerləşdirilmiş layihələrinin monitorinqi nəticəsində hazırlanmış yekun rəylər (193 vərəq) 8 may tarixində Təhsil Nazirliyinə göndərilib.

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın