Cümə axşamı , Avqust 22 2019
Ana səhifə / Media / Dərsliklərdə növbəti biabırçılıq — VİDEO

Dərsliklərdə növbəti biabırçılıq — VİDEO

Şagirdlər dərsliklərdə olan səhvlərdən əziyyət çəkirlər. Lövhə qarşısında müəllim bir söz deyir, kitabda isə başqa məlumat yazılıb. Arzu Yaqubova – 8-ci sinif şagirdi: “8-ci sinif kitabında səhifə 58-də qan damar sisteminin, ürəyin quruluşunun təsviri verilib. Burada biz bir deyil, daha çox səhvlərə rast gələ bilərik. Misal olaraq bu damarın adına ağ ciyər arteriyası yazıblar. Lakin bu damar yuxarı baş vena damarıdır. Buna isə orta damarı yazıblar, lakin orta damarı budur. Bu isə ağ ciyər arteriyasıdır.”

Sevil Nağıyeva uzun illərdir kimyadan dərs desə də, son 5 ildə bu problemlə rastlaşıb: “2009-cu il 8-ci sinif kimya dərsliyində səhv var. Orada atom çəkisi atom kütləsi ilə əvəz olunmalıdır”.

Eyni problem digər fənlərdə də var. Mövzuların sonunda verilən sualların bəziləri mövzuya uyğun gəlmir. Yuxarı siniflərlə yanaşı, ibtidai sinif müəllimləri də dərsliklərdən narazıdırlar. Lalə Rəhmətullayeva – ibtidai sinif müəllimi: “Birinci yarımil bitib. Çoxrəqəmli ədədin nəinki çoxrəqəmli ədədə bölünməsi, 2 rəqəmli ədədə belə bölünməsi yoxdur materialda. Bu nə deməkdir?”

Oğuz rayon sakini Ceyhun Əhmədov isə iş dəftərlərindəki yanlışlıqlardan şikayətçidir. 5 manat 50 qəpiyə aldığı vəsaitin 17 vərəqi çatmır. Ceyhun Əhmədov – valideyn: “Uşaq öyrənib gəlib. Bura çatanda görür ki, 80-ci səhifədən keçir 97-yə. Deyərsiniz ki, bu cırılıb, ya nə isə olub. Elə bir şey yoxdur. Burdan da gəlir 112-yə kimi, sonra keçir 97-yə”.

8-ci sinif biologiya dərsliyinin müəlliflərindən olan Nüşabə Məmmədova da kitabda səhvlərin olduğunu təsdiqləyir. Bu cür halların qarşısını almaq üçün yeni çap olunan dərsliklərə nəzarət artırılıb.

Həmçinin oxuyun

Gürcüstanın “Rustavi 2” kanalına alıcı tapılmayıb

“Gürcüstanın “Rustavi 2” televiziya kanalı bir həftədir satışa çıxarılsa da, ona alıcı tapılmayıb”. “Report”un Gürcüstan …

Bir cavab yazın