Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Media / Dərs ili sentyabrın biri başlayır? – Nazirlikdən açıqlama

Dərs ili sentyabrın biri başlayır? – Nazirlikdən açıqlama

Son günlər sosial şəbəkədə dərs ilinin başlama gününün dəyişdirilməsi ilə bağlı məlumat yayılıb. İddialara görə, dərs ili sentyabrın 15-i deyil, 1-i başlayacaq.

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Musavat.coma-a açıqlamasında bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir: “İnsanlar sosial şəbəkədə yayılan hər məlumata inanmasın. Ora nazirliyin rəsmi saytı deyil. Prezidentin “Azərbaycan Respublikasında “Bilik günü”nün təsis edilməsi və təhsil müəssisələrində iş rejiminin tənzimlənməsi haqqında” 21 avqust 2004-cü il tarixli 114 nömrəli fərmanı ilə 15 sentyabr “Bilik günü” elan edilib və respublikanın bütün təhsil müəssisələrində dərslərin sentyabrın 15-dən başlanması müəyyən edilib. Fərman olduğu kimi qalıb, dəyişiklik yoxdur. Dərs ili sentyabrın 15-i başlayacaq” .

Həmçinin oxuyun

Fransada Qarabağ haqqında reportajın müəllifi olan jurnalist kəskin tənqid olunur

«Sərhədsiz Reportyorlar» TF 1 televiziyasının jurnalistinin Dağlıq Qarabağ münaqişəsi haqqında hazırladığı reportajın yayımından sonra ona …

Bir cavab yazın