Çərşənbə , Yanvar 27 2021
Ana səhifə / Media / Dərmanlarla bağlı – YENİLİK 

Dərmanlarla bağlı – YENİLİK 

Dərman vasitələrinin rasional istifadəsi, dərman preparatlarının effektivliyi və əlavə təsirləri haqqında məlumatın sistemləşdirilməsi, səhiyyə işçilərinin dərmanların təsiri haqqında məlumatlandırılması və ümumi mərkəzləşdirilmiş məlumat sisteminin yaradılması məqsədi ilə Dərman vasitələrinin Analitik Ekspertiza Mərkəzində farmakoloji nəzarət sistemi qurulur.

Bu barədə nazirlikdən məlumat veriblər.

Xəbərdə deyilir ki, əhalinin təhlükəsiz dərman vasitələri ilə təmin edilməsi ən aktual məsələlərdən biridir. “Dərman vasitələrinin təhlükəsizliyi qlobal problemlərdən biridir. Dərmanların əlavə təsiri insan orqanizmə mənfi təsir göstərə, hətta bəzi hallarda ölümlə nəticələnə bilər. Bundan başqa, dərman vasitələrinin əks təsirindən meydana gəlmiş fəsadları aradan qaldırmaq iqtisadi cəhətdən böyük vəsait tələb edir. Hər bir dərman vasitəsi bazara çıxmazdan öncə bir çox klinik sınaqlardan keçir. Klinik sınaqlardan uğurla keçmiş, yüksək terapevtik effekt göstərmiş və əlavə təsirlər baxımından təhlükəsiz dərman vasitələri satış bazarına çıxmağa icazə alır (qeydiyyata alınır). Müasir dərman vasitələri bir çox xəstəliklərə qarşı effektiv mübarizə imkanları verir. Lakin hər bir dərman (yunanca “farmakon” – zəhər) eyni zamanda zəhərdir və hər bir dərmanın müsbət terapevtik təsirləri ilə yanaşı mənfi əlavə təsirləri də var”, -nazirlikdən əlavə ediblər.

Dərmanların əlavə təsiri klinik tədqiqat mərhələlərində öyrənilir. Lakin dərman vasitələri satışa çıxdıqdan sonra da yeni əlavə təsirlər meydana çıxır.

Hazırda Milli Farmakonəzarət sisteminin qurulması işlərinə başlanılıb, müvəqqəti farmakonəzarət təlimatı təsdiqlənib, məlumat bazalarının və müvafiq farmakonəzarət proqramlarının yaradılmasına başlanılıb.

Səhiyyə Nazirliyinin Farmakoloji və Farmakopeya Ekspert Şurası tərəfindən dərman vasitələrinin əlavə təsirlərinə nəzarət qaydalarına əsasən, həkimlər və istehsalçılar dərman vasitəsinin istifadəsi zamanı təlimatda göstərilməyən, yaranan bütün əlavə təsirlər haqqında məlumat verməlidirlər.

Xəstələr üçün də məlumat formaları hazırlanıb. Dərmanın əlavə təsirləri aşkar edildiyi halda vətəndaş AEM-in rəsmi internet saytındakı “onlayn” məlumat blankını doldurub bu məlumatı sonradan məktub və ya faksla yollaya bilər. (www.pharma.az)  (Virtualaz.org)

Həmçinin oxuyun

Əli Həsənovun jurnalisti şantaj etməsinə reaksiya: “Görün, qafası dünən necəymiş…“

Prezidentin keçmiş köməkçisi Əli Həsənovun adı ətrafında növbəti dəfə qalmaqal yaranıb. Belə ki, Həsənov bu …

Bir cavab yazın