Ana səhifə / Media / Dərmanlarla bağlı yeni təklif

Dərmanlarla bağlı yeni təklif

Azərbaycanda ya bütövlükdə istehsal olunan dərman preparatları, ya da xammal əlavə dəyər vergisindən (ƏDV) azad olunmalıdır.

Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyevprezident İlham Əliyevin dərman preparatlarının istehsalı ilə bağlı fikirlərini dəstəkləyərkən deyib.

Millət vəkilinin fikrincə, hazırda yalnız bu məsələ istisna olmaqla Azərbaycanın mövcud qanunvericiliyində dərman istehsalına əngəl olan heç bir amil yoxdur: “Azərbaycanda dərman preparatlarının istehsalı üçün qanunverilik və hüquqi baza tərəfdən heç bir problem yoxdur. Əgər sahibkarlar, farmasevtlər daxili dərman sənayesinin yaradılması ilə bağlı müəyyən təkliflər verərlərsə, parlamentdə onlara da çox operativ şəkildə baxa bilərik. Lakin yaxşı olardı ki, dərmanlara, yaxud dərman istehsalı üçün xammala tətbiq olunan ƏDV-ni aradan götürək. Əgər ƏDV götürülsə, ölkədə istehsal olunan dərmanların maya dəyəri və nəticədə qiymətləri daha da aşağı düşəcək. Bu praktika artıq bir sıra ölkələrdə tətbiq olunur və hesab edirəm ki, hökumət bu məsələni nəzərə almalıdır”.

Qeyd edək ki, prezident İlham Əliyev iyulun 10-da Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib ki, Azərbaycanda dərman preparatlarının istehsalı üçün ciddi proqram hazırlanır.(milli.az)

Həmçinin oxuyun

Qulu Məhərrəmli: “Efir adamları ölkə üçün həssas mövzulara ehtiyatla yanaşmalıdır”

Rusiyanın Türkiyədəki keçmiş səfiri Andrey Karlovun qətlinin TRT-də yayımlanması ilə bağlı aparılan araşdırma çərçivəsində 6 …

Bir cavab yazın