Bazar ertəsi , Aprel 19 2021
Ana səhifə / Media / “Dəmir yumruq”: Xalqın birlik fəlsəfəsi Mir Şahinin yeni filmində (VİDEO)

“Dəmir yumruq”: Xalqın birlik fəlsəfəsi Mir Şahinin yeni filmində (VİDEO)

“Real” Təhlil və İnformasiya Mərkəzinin rəhbəri, tanınmış jurnalist Mir Şahin “Dəmir Yumruq” adlı filmini tamaşaçılara təqdim edib.

Filmdə Azərbaycanda yaşayan müxtəlif millətlərin nümayəndələrinin Vətən uğrunda eyni fədakarlıqla savaşmasını, Ali Baş Komandanın dəmir yumruğunun ətrafında birləşməsini, sözün böyük mənasında Xalq olmağımızı təmin edən birlik fəlsəfəsi çözülür.

“Azərbaycan dilində belə bir ifadə var: Beş barmağın beşi də bir olmaz. Amma anatomiyanın yazılmamış qanunu və vücudun belə bir halı var ki, beş barmağın beşi də bir ola bilir. Bu halın adı yumruqdur”,- deyir müəllif.

Azərbaycanda yaşayan bütün millətlərin dilində “şəhid” sözü eyni cür səslənir. Çünki biz hamımız bu torpağın uğrunda eyni cür şəhid oluruq.

Həmçinin oxuyun

Tanınmış jurnalistlərə vəzifə verildi

Yeni yaradılmış Medianın İnkişafı Agentliyində tanınmış jurnalistlərə vəzifə verilib. “Qafqazinfo” xəbər verir ki, keçmiş ANS-çi Rüstəm …