Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / “Dəmir Yolları”nın bir neçə təşkilatı ləğv olundu

“Dəmir Yolları”nın bir neçə təşkilatı ləğv olundu

Azərbaycan Dəmir Yolları QSC-nin tabeliyində fəaliyyət göstərən bir neçə təşkilat ləğv olunub.

APA xəbər verir ki, Azərbaycan Dəmir Yolları QSC-nin Həkim-Sanitar Xidmətinin tabeliyində fəaliyyət göstərən Gəncə Dəmir Yolu Gigiyena və Epidemiologiya Mərkəzi, Yevlax Dəmir Yolu Ambulatoriyası, Kürdəmir Dəmir Yolu Ambulatoriyası ləğv olunduqlarını elan ediblər.

Bununla yanaşı, Azərbaycan Dəmir Yolları QSC-nin Həkim-Sanitar Xidmətinin Taun Əleyhinə Stansiya da ləğv olunub.

Əlavə olaraq, Lənkəran Dəmiryol Ambulatoriyası, Ucar Dəmiryol Ambulatoriyası, Mincivan Dəmiryolu Xəstəxanası, Hacıqabul Dəmiryolu Xəstəxanası, Salyan Xətt Xəstəxanası, İmişli Dəmir Yolu Epidemiologiya Gigiyena Mərkəzi də ləğv edilib.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın