Bazar , Noyabr 29 2020
Ana səhifə / Media / Dəmir Bankda aldadılan şəhər sakini Ramil Usubova şikayət etdi

Dəmir Bankda aldadılan şəhər sakini Ramil Usubova şikayət etdi

Bakı şəhəri Xətai rayon E.Əliyev küçəsi 4 – də yaşayan Mirzəyev Eşqin Ağayar oğlu Moderator.az vasitəsi ilə daxili işlər naziri Ramil Usubova müraciət edib.
Müraciətdə deyilir:
Hörmətli cənab nazir!
Yazıb sizə bildirmək istəyirəm ki, mən Mirzəyev Eşqin Ağayar oğlu 27.10.2014 – cü il tarixində Dəmir Bank ASC – nin Nərimanov filialından 4000 dollar kredit aldım. Bank işçiləri mənə krediti dollarla təyin edib, əlimə isə manatla verdilər. Bunu heç özüm də bilməmişəm. Mən onlara dedim ki, mənə dörd mini dollarla yox, manatla verin. Onlar isə məni aldadaraq dollarla veriblər. Krediti on səkkiz aylıq götürmüşdüm və hər ay 219 manat pul ödəyirdim. Mən krediti alanda dolların məzənnəsi 78 manat idi. Sonra dolların məzənnəsi qalxdığı üçün altı ayın pulunu 105 dollarla ödədim. Axırıncı dəfə dolların məzənnəsi dəhşətli dərəcədə qaıxdığı üçün krediti ödəyə bilmədim.
Bankın Nadir adlı işçisi mənə dedi ki, 2000 manat ver sənin kreditini bağlayaq. İstədiyi məbləğ məndə olmadığı üçün, gedib ACCES Bankdan 1000 manat kredit götürdüm və üstünə də özümdə olan 350 manatı qoyub Nadirin sözüylə Dəmir Bankın kassasına ödədim. Nadir mənə dedi ki, sənin ərizəni bank rəhbərliyinə göndərib çalışacam ki, kreditini bağlayaq. Lakin Nadir kreditimi bağlamadı və ödədiyim 1350 manatı da geri qaytarmadı. Bunun üçün bir neçə dəfə banka getsəm də, mənə bildirdilər ki, pul kassaya ödənib və geri qaytara bilmərik. İndi də mənə deyirlər ki, sənin 2200 kredit borcun var.
Hörmətli cənab nazir!
Xahiş edirəm məni düşdüyüm bu quyudan çıxarın. Maddi durumum yaxşı deyil. Özüm də bər – bər işləyirəm.
Öncədən sizə özüm və ailəm adından minnətdarlığımı bildirirəm.
Hörmətlə: Mirzəyev Eşqin Ağayar oğlu. Tel: 077 – 345 – 76 – 76
Yazıda adı hallanan şəxslərində mövqeyini dərc etməyə hazırıq.

Həmçinin oxuyun

“Qafqazın Xirosiması” – “France-24” Ağdamdan reportaj hazırladı – VİDEO

Bu şəhər o qədər dağıdılıb ki, bəzən onu “Qafqazın Xirosiması” adlandırırlar. 1980-ci illərin sonlarında 40 …

Bir cavab yazın