Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / Çörək bahalaşdı – VİDEO

Çörək bahalaşdı – VİDEO

Çörək və unun qiyməti niyə bahalaşıb?

Sentyabrın 5-dən etibarən Mingəçevir şəhərində eyni çəkidə olan çörəklər əvvəllkindən 10 qəpik baha satılır. 
EL TV (Region TV) xəbər verir ki, əvvəllər 30 qəpiyə satılan çörək indi alıcılara 40 qəpiyə təklif olunur.
“Əvvəllər qiyməti 50 qəpik olan bir ədəd çörək indi alıcılara 60-70 qəpiyə təklif edilir”, – deyə Mingəçevir şəhər sakini Müsənnif Babayev bildirib.
Satıcılar deyirlər ki, bunun səbəbi sexlərdən çörəyin satış yerlərinə yeni qiymətlərlə gətirilməsidir.
“Çörək zavoddan alınan qiymətin üzərinə 5 qəpik əlavə olunmaqla satılır”, – deyə satıcılardan biri vurğulayıb.
Mingəçevirdə fəaliyyət göstərən zavodlardan isə bildirilir ki, çörək dükanlara əvvəlki qiymətlərlə verilir.
“Çəkisi 520 qram olan çörək zavodda 25 qəpiyə satılır. Qiymət çörəyi zavoddan alıb-satanlar tərəfindən qaldırılır”, – deyə Mingəçevir şəhərindəki çörək zavodlarından birinin müdiri Rahil İsgəndərov vurğulayıb.
Mingəçevir Şəhər İcra Hakimiyyətindən isə bildirirlər ki, çörəyin çəkisi artıb. Ona görə də qiymət qalxıb. Həm də sahibkarlar bu işdə müstəqildirlər. İcra Hakimiyyəti tərəfindən onların işinə müdaxilə oluna bilməz.
İqtisadiyyat Nazirliyində də bu halı normal sayırlar. Qurumdan deyirlər ki, çəkisi 520 qramdan artıq olan çörək 40 qəpiyə və daha baha satıla bilər.
Mingəçevirlə yanaşı, İmişli, Göyçay, Ağdaş və başqa rayonlarda da çörəyin qiyməti artıb. Yevlax və digər yerlərdə isə çörəyin çəkisinin əvvəlki ilə müqayisədə bir qədər azaldığı müşahidə olunur.
Bazarlarda unun qiyməti də qalxıb. Bir müddət öncə 50, 25 və 10 kiloqramlıq bir un kisəsi müvafiq olaraq 24, 12 və 5 manata satılırdısa, indi həmin kisələr bir manat baha, yəni 25, 13 və 6 manata alıcılara təklif edilir.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın