Bazar , Noyabr 29 2020
Ana səhifə / Media / Cocuq Mərcanlı sakinlərinin imtiyazları ləğv olunmayacaq

Cocuq Mərcanlı sakinlərinin imtiyazları ləğv olunmayacaq

24 ildən sonra doğma yurdlarına qayıdan Cocuq Mərcanlı sakinlərinə dövlət tərəfindən verilən imtiyazlar ləğv olunmayacaq.

Bu barədə AzVision.az-a Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov bildirib.

Onun sözlərinə görə, Cocuq Mərcanlı sakinləri doğma kəndlərinə qayıtsalar da, dövlət tərəfindən məcburi köçkünlərə verilən imtiyazlardan yararlanacaqlar.

“Cocuq Mərcanlı sakinlərinin aldıqları imtiyazlara toxunulmayacaq. Onlar bundan sonra da dövlət tərəfindən müəyyən edilən imtiyazlardan istifadə edəcəklər”.

Qeyd edək ki, Cocuq Mərcanlıda tikilən 50 ev istifadəyə verilib. Artıq 30-ya yaxın ailə yeni qəsəbəyə köçürülüb.

Xatırladaq ki, 2017-ci ilin yanvarın 1-dən Nazirlər Kabineti “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında qərar qəbul edib. Vahid aylıq müavinətin məbləği adambaşına 36 manat müəyyənləşdirilib. Bundan əlavə məcburi köçkünlər üçün bir sıra imtiyazlar müəyyən edilib.

Həmçinin oxuyun

“Qafqazın Xirosiması” – “France-24” Ağdamdan reportaj hazırladı – VİDEO

Bu şəhər o qədər dağıdılıb ki, bəzən onu “Qafqazın Xirosiması” adlandırırlar. 1980-ci illərin sonlarında 40 …

Bir cavab yazın