Çərşənbə , Sentyabr 28 2022
Ana səhifə / Media / Çingiz Mustafayevlə Sirac Abışovun doğum günüdür

Çingiz Mustafayevlə Sirac Abışovun doğum günüdür

Bu gün vəzifə borclarını yerinə yetirərkən şəhadətə yüksələn iki telereportyorun – Milli Qəhrəman Çingiz Mustafayevin və Sirac Abışovun doğum günüdür. 
Çingiz Mustafayev Birinci Qarabağ müharibəsində düşmən təcavüzünü əks etdirən misilsiz videolentlərin  müəllifi kimi tarixə düşüb. Onun Xocalı faciəsini dünyaya tanıdan reportajını bu gün də soyuqqanlı izləmək mümkün deyil. O, 1992-ci ilin iyun ayının 15-də amansız düşmən gülləsinə tuş gələrək şəhid olub. Məzarı Şəhidlər Xiyabanındadır. 

Onun Azərbaycan jurnalistikasındakı qəhrəmanlıq yolunu davam etdirən teleoperator Sirac Abışov isə işğaldan azad olunmuş Azərbaycan torpaqlarını video şəklində tamaşaçılara təqdim edirdi. Əslən Qubadlıdan olan və məcburi köçkün həyatı yaşayan Sirac üçün bu təkcə peşə borcu yox, həm də şəxsi qürur məsələsi idi. 
O, məsləkdaşı Məhərrəm İbrahimovla birlikdə bu ilin iyun ayının 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşərək şəhid olub. 
Prezident İlham Əliyevin 14 iyun 2021-ci il tarixli sərəncamı ilə S.Abışov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə də təltif edilib.

Həmçinin oxuyun

“Televiziyalarımız bu baxımdan həmişə “sinifdə qalır““ – Ekspert

Sosial şəbəkələrdə televiziyalarla bağlı tənqidlərə tez-tez rast gəlirik. Əsas tənqidlər faciəvi hadisələr baş verəndə əyləncəli …