Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Media / Çingiz Mustafayevin adını daşıyan tezlik dəyişdirilir

Çingiz Mustafayevin adını daşıyan tezlik dəyişdirilir

Hazırda Bakı şəhəri və Abşeron yarımadası ərazisində müsabiqəyə çıxarılan 102,0 MHs işçi tezliyi 102,1 MHs-ə dəyişdirilə bilər.

Virtualaz.org bildirir ki, bunu jurnalistlərə açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) Texniki nəzarət şöbəsinin müdiri İsa Məmmədov deyib.

Onun sözlərinə görə, rəqəmli radio yayımı tətbiq olunduqda bir işçi tezlikdə 10…12 radio proqramı yayımlanır: “Bu halda yayımçılardan hansı həmin tezliyin sahibi sayılmalıdır? Yayımçı öz radio və ya televiziya şirkətinin sahibidir”.

Virtualaz.org-un daha əvvəl xəbər verdiyi kimi, MTRŞ milli reportyor məktəbinin qurucularından biri olan Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin adı ilə bağlı radio-tezliklərin satılması üçün tender elan etmək barədə qərar qəbul edib.

Əfsanəvi FM-102 ÇM bir vaxtlar ölkədə ən populyar radio stansiya idi. Radio-tezliklərin satılması ilə bağlı tender barədə məlumat ölkə ictimaiyyətində ciddi narahatlığa səbəb olmuşdu.

Tezliklə məlum olmuşdu ki, tenderdə iştirak etmək və sonradan öz radiolarını açmaqdan ötrü iki qurum -APA media holdinq və Real TV müraciət edib. Jurnalistlərə, həmçinin bəlli olmuşdu ki, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin qardaşı Seyfulla Mustafayev radio-tezliklərin satışı üzrə tenderdə sonradan iştirak üçün “İNS ÇM” MMC təsis edib.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …