Çərşənbə , Sentyabr 28 2022
Ana səhifə / Media / “Chrome” brauzeri Azərbaycan internet bazarında liderdir

“Chrome” brauzeri Azərbaycan internet bazarında liderdir

2021-ci ilin iyulunda Azərbaycanın internet bazarında “Google Chrome” brauzerinin payı iyun ayı ilə müqayisədə 1,64 faiz artıb. Bu barədə “Global Stats” statistika mərkəzinin hesabatında deyilir. Statistikaya əsasən, “Chrome” brauzerinin bazarda payı 78,7 faiz təşkil edib.

“Safari” brauzerinin iyul ayında payı iyunla müqayisədə 1,67 faiz azalaraq 9,13 faiz təşkil edib.

“Samsung Internet” brauzerinin payı 0,22 faiz artaraq 5,15 faizə bərabər olub.

Eyni zamanda, iyul ayında “Opera” brauzerinin internet bazarında payı 0,19 faiz artaraq 3,53 faiz təşkil edib.

“Yandex Browser” brauzerinin payı 1,22 faiz, “Microsoft Edge”in payı isə 0,63 faiz təşkil edib.

Həmçinin oxuyun

“Televiziyalarımız bu baxımdan həmişə “sinifdə qalır““ – Ekspert

Sosial şəbəkələrdə televiziyalarla bağlı tənqidlərə tez-tez rast gəlirik. Əsas tənqidlər faciəvi hadisələr baş verəndə əyləncəli …