Cümə axşamı , Oktyabr 21 2021
Ana səhifə / Media / Ceyhun Səfərov “Space TV”-də efirə çıxacaq

Ceyhun Səfərov “Space TV”-də efirə çıxacaq

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin sabiq rəisi Ceyhun Səfərov “Space TV”-da xəbərlər departamentində çalışacaq.

Tanınmış aparıcı və mətbuat katibini artıq “Space TV”-nin efirində xəbər aparıcısı kimi görəcəyik. 

Bu yaxınlarda “Azvirt” MMC-də baş direktor müşaviri olan Ceyhun Səfərov məlumatı Oxu.Az-a təsdiq edib:

“Bəli, “Space” televiziyası yeni mövsümə çox yeni layihələrlə hazırlaşır. Mənə də iş təklifi gəldi və yaxın keçmişdə televiziyada çalışan biri kimi təklifi qəbul etdim. Bilirsiniz ki, bir müddət əvvəl özəl şirkətdə müşavir kimi işə başlamışam və bu iş televiziya fəaliyyətimə heç bir halda mane olmur. Düşünürəm ki, bir mənada da artıq peşəkarların televiziya məkanına geri dönməsinin vaxtıdır. Dəvət və göstərilən etimada görə “Space TV” rəhbərliyinə təşəkkür edirəm”.

Həmçinin oxuyun

AzTV Fazil Mustafaya cavab verdi: Zəhmət çəkib gündə ən azı 1 saatını sərf edib kanala baxsın

Azərbaycan Televiziyası​ Milli Məclisin deputatı Fazil Mustafanın AzTV haqda tənqidi fikirlərinə münasibət bildirib. Məlumatda deyilir: …