Cümə axşamı , May 13 2021
Ana səhifə / Media / Cebhe.info 5 yaşa çatdı, “Cümhuriyət” qəzetinin nəşrinin bərpasından 5 il ötür

Cebhe.info 5 yaşa çatdı, “Cümhuriyət” qəzetinin nəşrinin bərpasından 5 il ötür

Bu gün Cebhe.info xəbər portalının fəaliyyətə başlamasından 5 il ötür.
1 sentyabr eyni zamanda “Cümhuriyət” qəzetinin nəşrini bərpa etdiyi gündür.Qəzet 2015-ci ilin 1 sentyabrında təkrar nəşrə başlayıb. Azərbaycanın xəbər məkanında özünəməxsus yer tutan, çeviklik, obyektivlik, dəqiqlik kimi əsas media prinsiplərinə daim əməl edən Cebhe.info saytı 2015-ci ilin 1 sentyabrından fəaliyyətə başlayıb.


Cebhe.info 5 il ərzində istinad edilən xəbər portallarından birinə çevrilə və öz oxucu auditoriyasını formalaşdıra bilib.
Cebhe.info xəbər portalı və “Cümhuriyət” qəzeti gündəlik və operativ xəbər istehsalı ilə yanaşı, oxucularına həm də siyasət, sosial, iqtisadi, idman, hüquq, geopolitika, mədəniyyət, tarix və digər mövzularda xəbərlər, reportajlar, araşdırmalar, maarifləndirici yazılar və fərqli maraqlı materiallar təqdim edir.
Cebhe.info xəbər portalı və “Cümhuriyət” qəzeti xarici ölkələrdə yaşayan azərbaycanlıları daim diqqət mərkəzində saxlayır, Güney Azərbaycan, Kərkük, Borçalı, Dərbənd türklərinin problemlərini müntəzəm şəkildə işıqlandırır.
Rəfail Becanov və Cebhe.info xəbər portalında, “Cümhuriyət” qəzetində çalışan digər həmkarlarımızı səmimi qəlbdən təbrik edir, onlara peşə fəaliyyətində uğurlar arzulayırırq. Uğurlarınız bol olsun, əziz həmkarlar!

Həmçinin oxuyun

İlham Əliyev Şuşada jurnalistlərlə görüşdü

Mayın 12-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa “Xarıbülbül” musiqi festivalına ev sahibliyi edir. Qədim mədəniyyət beşiyi …