Ana səhifə / Media / Çaylarımız quruyur- nazirlikdən açıqlama…

Çaylarımız quruyur- nazirlikdən açıqlama…

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-80, Kiçik Qafqazın çaylarında 30-70, Lənkəran-Astara bölgəsi çaylarında 40-110, Naxçıvan MR çaylarında isə 10 faizini təşkil edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, iyunun 12-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 7 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 355 m3/s olmaqla ongünlük normanın 60 faizini təşkil edir. 2014-cü ildə isə bu rəqəm 232 m3/s olmaqla ongünlük normanın 39 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 17 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 164 m3/s olmaqla, ongünlük normanın 97 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 114 m3/s təşkil edərək ongünlük normanın 67 faizinə bərabər olub. İyunun 12-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub.
Kür çayının Şirvan məntəqəsində 16, Salyanda 23, Bankədə 7 sm artım, Surrada 3, Araz çayının Novruzlu məntəqəsində isə 1 sm azalma qeydə alınıb. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 340 sm (2014-cü il iyunun 12-də 336 sm), Şirvanda 185 sm (2014-cü il iyunun 12-də 191 sm), Salyanda 110 sm (2014-cü il iyunun 12-də 127 sm), Bankədə 178 sm (2014-cü il iyunun 12-də 203 sm), Araz çayının Novruzlu məntəqəsində isə 29 sm (2014-cü il iyunun 12-də 86 sm) təşkil edir.

 

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …

Bir cavab yazın