Bazar , Oktyabr 20 2019
Ana səhifə / Media / Çaylarda sululuq səviyyəsi necədir? – Açıqlama

Çaylarda sululuq səviyyəsi necədir? – Açıqlama

Respublikanın çaylarında sululuq səviyyəsinə görə son 10 gün üzrə vəziyyət açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-70, Kiçik Qafqazın çaylarında 20-70, Lənkəran-Astara bölgəsi çaylarında 10, Naxçıvan MR çaylarında isə 20 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, iyunun 09-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 7 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 275 m3/s olmaqla ongünlük normanın 46 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 387 m3/s olmaqla ongünlük normanın 65 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 99 m3/s olmaqla, ongünlük normanın 51 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 154 m3/s təşkil edərək ongünlük normanın 79 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, iyunun 09-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 7, Şirvanda 12, Salyanda 15, Bankədə 5 sm azalma, Araz çayının Novruzlu məntəqəsində 1 sm artım qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 345 sm (2016-cı il iyunun 09-da 338 sm), Şirvanda 221 sm, Salyanda 145 sm (2016-cı il iyunun 09-da 124 sm), Bankədə 176 sm (2016-cı il iyunun 09-da 195 sm), Araz çayının Novruzlu məntəqəsində isə 58 sm (2016-cı il iyunun 09-da 65 sm) təşkil edir.

Həmçinin oxuyun

“İsa Qəmbərin mövqeyi etik qaydaya sığmırdı” – Yadigar Sadıqlı

Müsavat Partiyasının IX qurultayında başqanlığa namizədliyini irəli sürən, qurultaydan sonra açıqlama və fikirləri ilə diqqət …

Bir cavab yazın