Bazar , Avqust 18 2019
Ana səhifə / Media / Çaylarda sululuq səviyyəsi artıb

Çaylarda sululuq səviyyəsi artıb

Əsasən respublikanın rayonlarında aramsız yağan yağışlardan sonra çay və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 170-210, Kiçik Qafqazın çaylarında 170-230, Lənkəran-Astara bölgəsi çaylarında isə 250-450 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, oktyabrın 28-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 8 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 205 m3/s olmaqla ongünlük normanın 124 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 182 m3/s olmaqla ongünlük normanın 110 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 8 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 156 m3/s olmaqla, ongünlük normanın 170 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 124 m3/s təşkil edərək ongünlük normanın 135 faizini təşkil etmişdir.

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, oktyabrın 28-də Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra, Bankə və Araz çayının Novruzlu məntəqələrində suyun səviyyəsində 4 sm, Salyanda isə suyun səviyyəsində 3 sm artım qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 560 (2015-ci il oktyabrın 28-də 361 sm), Salyanda 410 (2015-ci il oktyabrın 28-də 200 sm), Bankədə 283 (2015-ci il oktyabrın 28-də 187 sm), Araz çayının Novruzlu məntəqəsində isə 270 sm (2015-ci il oktyabrın 28-də 78 sm) təşkil edir.

Həmçinin oxuyun

Dövlət qurumlarının saytlarında vəziyyət necədir – ŞƏRH

“Azərbaycanda dövlət qurumlarının saytlarında vəziyyət müsbətə doğru dəyişir”. Bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz …

Bir cavab yazın