Şənbə , İyul 20 2019
Ana səhifə / Media / Cavid Qurbanov PA-ya yalan məlumat verib?

Cavid Qurbanov PA-ya yalan məlumat verib?

“Bakı-Sumqayıt” reysində işləyən qatar Biləcəri və Xırdalan stansiyalarında dayanmır. Bu barədəLEGİON.AZ-a müraciət edən sərnişinlər bildirib. Onların sözlərinə görə, qatarın “biznes-klass” (VİP) vaqonlarında biletin qiyməti 2.50 qəpikdən 1.60 qəpiyə enib, lakin 1 stəkan çay verilməsi isə dayandırılıb . Sual yaranır ki, məgər sərnişinlərə verilən bir stəkan çayın qiyməti 90 qəpik edirdi. “Bakı-Sumqayıt” qatarı işə başlayanda sərnişinlərə vəd vermişdilər ki, guya Bilcəri, Xırdalan və Güzdək sakinləri bu qatardan istifadə edəcəklər.

Hətta qatarın vaqonlarının içində quraşıdırlan monitorlarda belə Biləcəri, Xırdalan və Güzdək stansiyaları xüsusi olaraq qeyd olunmuşdu. Bundan savayı qatarların hərəkət qrafikı düz tərtib olunmayıb. Qatarlarda ara məsafəsi qeyri stabildi, şənbə-bazar və bayram günləri ara günlərdəki qrafikdən fərqlənir, qatarların sayı azaldılır və bununla da Bakı-Sumqayıt qatarı sərnişinlərini itirməli olur. Vətəndaşların sözlərinə görə, qatarlarda bələdçilərin hətta sayı da azaldılıb. Belə ki, əvvəl 4 nəfər bələdçi idisə, indi qatara 2 nəfər bələdçi daxildir. Əldə etdiyimiz digər məlumata görə, Azərbaycan dəmir yollarının elektrik kontakt şəbəkəsi (naqilləri) 1960-cı illərdən quraşdırıldıqdan sonra, bu günə kimi bu şəbəkə hələ də dəmir yol rəhbərliyi tərəfindən dəyişdirilməyib. Naqillər tez-tez elektrovozların pantoqraflarına ilişərək qırılır qəza hadisəsi baş verir və sərnişin qatarlarının gecikmələrinə səbəb olur. Bu isə yenə də sərnişinlərin haqlı narazılıqları ilə qarşılanır. Yağış-qar havasında siqnallar işləmir və bu da qatarların saatlarla gecikməsinə səbəb olur.Nadir_Əzməmmədov

Əldə etdiyimiz məlumata görə, Cavid Qurbanov PA-ya məlumat verərək bildirib ki, Bakı-Sumqayıt qatarı Biləcəri, Xırdalan və Güzdək stansiyalarında dayanaraq o qəsəbələrin sərnişinlərinə xidmət edir. Lakin əməkdaşımızın bu qatarların sərnişinləri ilə söhbət zamanı məlum olub ki, qatar Biləcəri, Xırdalan və Güzdək stansiyalarında dayanmır. Biz “Azərbaycan Dəmir Yolları ASC”-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovla əlaqə saxladıq. O sayta bildirdi ki, Biləcəri və Xırdalandakı stansiyalarda hazırda təmir işləri gedir: “Biləcəridə hazırda platforma qurulur, turniket quraşdırılır. Eləcə də Xırdalanda bu işlər gedir. İlin sonuna kimi təhvil verəcəyik”. Lakin Güzdəklə bağlı N.Əzməmmədov bir söz demədi. Biz “VİP” qatarlarda qiymətlərin düşməsi və xidmətlər barədə soruşduq, ADY sözçüsü dedi ki, qiymətlər düşməyib: “Tarif Şurası nə qədər qiymət qoymuşdusa, elə də qalıb… Sərnişinlərə pulsuz çay-kofe verilməlidir”.

“Bəs bizə dedilər ki, daha verilmir?”, – deyə dəqiqləşdirmək istədik.“Belə istifadə etmirlər. Amma kim istəyirsə, ona verirlər”, – deyə Nadir Əzməmmədov cavab verdi. N.Əzməmmədov naqillərlə bağlı sualımıza isə belə cavab verdi: “Yox, hadisə olanda olur, amma son vaxtlar hadisə yoxdur. Əvvəllər müəyyən problemlər olurdu, amma indi bütün naqillər yenilənir. Biz hazırda sabit cərəyanda işləyirik, gələcəkdə isə dəyişən cərəyana keçəcəyik. Ona görə də, naqillər yenilənir”. Eyni zamanda, müxtəlif şəhərlərarası qatarlarda şahidi olduğumuz “çayın 1 stəkanı 50 qəpiyə” ənənəsi barədə də soruşduq. “Vallah, onu dəqiq bilmirəm… Kim istəyirsə, “hörmət” edir, burda məcburi şey yoxdur”, – deyə ADY sözçüsü cavab verdi. “Yəni, kim istəyirsə, pul verə bilər?” – deyə soruşduq. “Bəli, bəli, kim istəyirsə verə bilər”, – deyə N.Əzməmmədov cavab verdi. “Amma pulsuz olmalıdır da, yəni, sərnişinlər pul verməyə də bilərlər?” sualına belə cavab aldıq: “Bəli”. Bələdçilər barədə suala gəldikdə, N.Əzməmmədov bizə hər qatarda 2 bələdçi olduğunu bildirdi, daha sonra isə başqa bir nömrə ilə əlaqə saxlamağı təklif etdi.

Həmin telefon nömrəsində bizə cavab verən olmadı, ona görə də “Azərbaycan Dəmir Yolları” QSC-nin məlumat bürosu ilə əlaqə saxladıq. Əhmədova soyadlı əməkdaş bizə bildirdi ki, “Bakı-Sumqayıt” qatarı Xırdalan və Güzdək stansiyalarında dayanmır, çünki həmin stansiyalar hələ hazır deyil. O, əvvəlcə VİP-biletlərin 2,50 manat olduğunu desə də, kənardan birinin 1,60 manat dediyini eşidərək, dəstəyə bildirdi: “Bəli, sizə düz məlumat veriblər… VİP-biletə çay-kofe də daxildir”.

“Amma çayın daha verilmədiyini öyrəndik” dedikdə isə belə cavab aldıq: “Ola bilər ki, biletdən çıxarılıb”. Biz bələdçilərin sayı barədə soruşsaq da, məlumat bürosunun əməkdaşı bu sualı cavablandıra bilmədi. ADY əməkdaşı qatarın hərəkət qrafikinin fərqli intervallarla təşkil olunduğunu, şənbə-bazar günləri Bakıdan Sumqayıta ilk qatarın 16:00-da yola düşdüyünü dedi. Biz qatarların azaldığı və intervallın uzandığı barədə sual versək də, məlumat bürosunun əməkdaşı bu cədvəlin aprelin 18-dən qüvvədə olduğunu bildirdi. Daha sonra məlumat bürosundan öyrəndik ki, şəhərlərarası qatarlarda çay verilməsi biletə daxil deyil.eyyub

Nadir Əzməmmədovun “Kim istəsə bələdçilərə pul verə bilər” sözlərini sayta şərh edən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, hər kəs xidmətinin qarşılığını ala bilər, lakin sərnişinlərə çek təqdim olunmalıdır. “Bildiyimə görə, çay çekə daxil deyil. Lakin bu, sui-istifadə halıdır. Əgər sərnişinlərdən hansısa xidmətə görə əlavə pul alırlarsa, onda zəhmət çəkib çek təqdim etsinlər. Dünyanın bütün ölkələrində belə əlavə xidmətlər var, lakin bu, qanuni şəkildə baş verir. Qatarlarda vaqon-restoranlar olmalıdır ki, sərnişinlər normal qidalana bilsinlər. Vaqon-restoranların olmaması bələdçilər arasında bu cür sui-istifadə hallarına yol açır. Ümumiyyətlə, Azərbaycan Dəmir Yollarında xidmət heç də ürəkaçan səviyyədə deyil”, – deyə E.Hüseynov vurğuladı.

Həmçinin oxuyun

Qulu Məhərrəmli: “Efir adamları ölkə üçün həssas mövzulara ehtiyatla yanaşmalıdır”

Rusiyanın Türkiyədəki keçmiş səfiri Andrey Karlovun qətlinin TRT-də yayımlanması ilə bağlı aparılan araşdırma çərçivəsində 6 …

Bir cavab yazın