Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / Cavid Qurbanov Dəmir yolu xəstəxanasını təzədən qurdurdu

Cavid Qurbanov Dəmir yolu xəstəxanasını təzədən qurdurdu

“Azərbaycan Dəmir Yolları” QSC Həkim-Sanitar Xidmətinin tabeçiliyində olan Bakı dəmir yolu xəstəxanasında reanimasiya şöbəsi, kliniki laboratoriya və flüoroqrafitya kabineti əsaslı təmirdən sonra istifadəyə verilib.

Bu barədə ANS PRESS-ə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov söyləyib. O bildirib ki, açılış mərasmində «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov çıxış edib.

Sədr çıxışında son vaxtlar dəmir yolunun həyatında yeni dönəm başladığını diqqətə çatdırıb: “Yeni-yeni layihələr icra olunur, yenidənqurma işləri davam edir. 102 yaşlı Bakı dəmir yolu xəstəxanasının reanimasiya şöbəsi, kliniki laboratoriya və flüoroqrafitya kabinetinin əsaslı əsaslı təmir olunması da görülən işlərin tərkib hissələrindən biridir. Şöbələr yeni, müasir avadanlıqlarla təchiz olunub”, – deyə sədr əlavə edib.

C. Qurbanov dəmiryolçulara və onların ailə üzvlərinə nümunəvi tibbi xidmət göstərən səhiyyə işçilərinə təşəkkür edib. Sonra əsaslı təmir olunmuş reanimasiya şöbəsi, kliniki laboratoriyaya və flüoroqrafitya kabinetinə baxış keçirilib.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın