Bazar ertəsi , Yanvar 18 2021
Ana səhifə / Media / Çap məhsulları ƏDV-dən azad olunacaq?

Çap məhsulları ƏDV-dən azad olunacaq?

Azərbaycanda qəzet kağızı və hazır çap məhsulları əlavə dəyər vergisindən (ƏDV) azad oluna bilər.

Bu barədə Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatında bildirilib.

Sənədə görə, Milli Məclisin deputatları tərəfindən təklif edilib ki, ölkəyə gətirilən qəzet, kağız və hazır çap məhsulları üzərindən əlavə dəyər vergisi aradan qaldırılsın.

Nazirlər Kabinetinin həmin təklifə cavabında isə göstərilib ki, Vergi Məcəlləsinin 164.1.35-ci maddəsinin müddəalarına əsasən siyahısı Azərbaycan respublikasının Prezidenti tərəfindən müəyyən olunan xammalın və materialların idxalının ƏDV-dən azad edilməsi nəzərdə tutulub. Həmin siyahıya qəzet kağızı və hazır çap məhsulları daxil edildiyi halda qeyd olunan malların idxalı ƏDV-dən azad oluna bilər. Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatı Milli Məclisin martın 15-də keçiriləcək iclasında müzakirə ediləcək. (Modern.az)

Həmçinin oxuyun

Türkiyə mediası Prezidentin Şuşaya səfərindən yazır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin …