Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Media / Cəlilabadda torpaq sürüşdü, avtomobil yolu çökdü – FOTO

Cəlilabadda torpaq sürüşdü, avtomobil yolu çökdü – FOTO

Qış mövsümündə yağan intensiv yağıntılardan sonra Cəlilabadda sürüşməyə meyilli zonalarda aktivlik artıb. “Report” xəbər verir ki, ən təhlükli vəziyyət rayonun Zəhmətabad kəndindəki ərazidə yaranıb. 

Burada təpəlik ərazidəki iri torpaq laylarının dərəyə doğru hərəkət etməsi nəticəsində ərazidə böyük çökəklik əmələ gəlib. Yerli sakinlər qarşıdan gələn yaz yağışlarında vəziyyətın daha da təhlükəli ola biləcəyindən ehtiyat edirlər.

Məlumata görə, Zəhmətabad kəndindəki sürüşmənin çevrəsi hər gün genişlənir. Bu da yaxınlıqdakı evlər və təsərrüfatlar üçün təhlükəni artır.

Cəlilabad-Yardımlı avtomobil yolunun yatağ hissəsi sürüşmə nəticəsində çöksə də nəqliyyat vastələrinin hərkəti üçün qabaqlayıcı tədbirlər görülüb. Lakin təhlükə hələ də qalmaqdadır. Bundan başqa sözügedən yolun Pərdi kəndindən keçən hissəsində də torpaq sürüşməsi nəticəsində yolun asfalt qatı çöküb.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın