Bazar ertəsi , Yanvar 25 2021
Ana səhifə / Media / Cərimələr müəyyən edildi – Sərəncam

Cərimələr müəyyən edildi – Sərəncam

Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli 346-VQD nömrəli Qanununun tətbiqi barədə sərəncam imzalayıb.

Dəyişikliklərə əsasən, Məcəlləyə aşağıdakı məzmunda 394-1-ci maddə əlavə edilir:

“Maddə 394-1. Tikintilərin Dövlət Reyestrinin aparılması qaydalarının pozulması

394-1.1. Tikilən, istismar edilən və sökülən tikinti obyektləri, habelə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikinti obyektlərinə tətbiq edilən qadağalar və məhdudiyyətlər barədə məlumatların Tikintilərin Dövlət Reyestrinə qanunla müəyyən edilmiş müddətə göndərilməməsinə və təqdim edilməməsinə görə –
vəzifəli şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir.

394-1.2. Bu Məcəllənin 394-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə –
vəzifəli şəxslər iki min manat məbləğində cərimə edilir.”.

Həmçinin oxuyun

Əli Həsənovun jurnalisti şantaj etməsinə reaksiya: “Görün, qafası dünən necəymiş…“

Prezidentin keçmiş köməkçisi Əli Həsənovun adı ətrafında növbəti dəfə qalmaqal yaranıb. Belə ki, Həsənov bu …

Bir cavab yazın