Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / Cənub bölgəsində yüzlərlə arı ailəsi tələf olub

Cənub bölgəsində yüzlərlə arı ailəsi tələf olub

Cənub bölgəsində gənə xəstəliyi səbəbindən yüzlərlə arı ailəsi tələf olub.

Xezerxeber.az bildirir ki, bölgənin rütubətli iqlimi bu xəstəliklərin geniş yayılmasına rəvac verib. Arı təsərrüfatlarına dəyən ziyan 30-42 faiz arasında dəyişir. Gənələrin arı yeşiklərinə daraşmalarına qarşı qış mövsümü boyunca aparılan mübarizə üsulları səmərəsiz olub. Xəstəlik törədən gənələrin qarşısını tam alan dərman olmadığından fermerlər narahatdırlar.

Astara Arıçılıq Assosiasiyasının sədri Arif Nəzirov arılar arasında xəstəliyin kəskin hal aldığını, bununla bağlı bütün müvafiq qurumları məlumatlandırdıqlarını bildirib. Onun sözlərinə görə, bu problem vaxtında həll olunmasa, yenidən kütləvi qırılma halları müşahidə oluna bilər.

Fermerlər bu halın bal istehsalına da təsir edəcəyini bildirirlər. Astara rayonunda 26 min arı ailəsi var. Dağ kəndlərində əksər ailələr arıçılıqla məşğuldur.

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın