Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Media / Cəlilabadda kürəkən 15 yaşlı baldızını qaçırdı — ŞOK

Cəlilabadda kürəkən 15 yaşlı baldızını qaçırdı — ŞOK

Cəlilabadda kürəkən öz baldızını qaçırıb

Ölkə.Az-ın Cəlilabad polisindən əldə etdiyi məlumata görə, Mikayıllı kənd sakini, 1990-cı il təvəllüdlü Məmmədov Ələmdar Əli oğlu, rayonun Məmmədrzalı kənd sakini olan 15 yaşlı baldızını qaçırıb.

Bildirilir ki, iki uşaq atası olan Ə.Məmmədov Bakıda və Cəlilabadda ara-sıra fəhlə işləyib. Amma tüfeyli həyat tərzinə meyilli olub. Adının çəkilməsini istəməyən Mikayıllı kənd sakinləri Məmmədovu belə xarakterizə ediblər:

“O oğlan haqqında bir cümlə deyəcəyəm. Ondan sonra necə biri olduğunu özünüz başa düşəcəksiniz. Atası rəhmətə gedəndə o Bakıda idi. Zəng elədilər ki, atan rəhmətə gedib, təcili gəl. İyirmi gündən sonra gəldi çıxdı. Sən demə, Bakıda yüngül həyat tərzi keçirən bir qadınla yaşayırmış. Başı ona qarışıb deyə, gəlib çıxmayıb. Ona görə də bu adamın 15 yaşlı baldızını qaçırması da qeyri-adi bir şey deyil”.

Qeyd edək ki, 15 yaşlı qız sentyabrın 23-dən itkin düşmüş hesab edilirdi.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın