Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Media / Cəlilabad-Yardımlı avtomobil yolu çökdü

Cəlilabad-Yardımlı avtomobil yolu çökdü

İki rayonu birləşdirən Cəlilabad -Yardımlı avtomobil yolunda baş verən torpaq sürüşməsi yolda keçilməz uçurumlar yaradıb.

APA-nın məlumatına görə, ərazidə nəqliyyat vasitələrinin hərəkətini təmin edən yeganə alternativ yol isə təhlükəli vəziyyətə düşüb.

Qeyd edək ki, Cəlilabad-Yardımlı avtomobil yolunda bir müddət əvvəl torpaq sürüşməsi baş verib. Yolun Cəlilabad rayonunun Pərdi kəndindən keçən hissəsi 70 metr uzunluğunda dağılaraq çöküb.

Nəqliyyat vasitələrinin hərəkətinin təmin olunması üçün ərazidə çəkilmiş alternativ yol da tədricən dağılaraq sıradan çıxmaqdadır. Sürücülərin sözlərinə görə, yağıntıların intensiv xarakter alacağı təqdirdə ərazidə torpaq sürüşməsinin əhatəsinin bir neçə dəfə genişlənəcəyi istisna olunmur. Nəticədə isə 30-dan yaşayış məntəqəsinin rayon mərkəzi ilə əlaqəsi kəsilməsinə səbəb ola bilər.

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Asif Əzizov açıqlamasında sürüşmə zonasına mütəxəssislər tərəfindən baxış keçirildiyini, vəziyyətin qaydaya düşməsindən ötrü tezliklə müvafiq tədbirlərin görüləcəyini bildirib.

 

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın