Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Cəlilabad sakini bahalı maşınların modelini hazırlayıb — VİDEO

Cəlilabad sakini bahalı maşınların modelini hazırlayıb — VİDEO

Cəlilabad sakini 31 yaşlı Elçin Quliyev ilk belə təcürbəsini 2013-cu ildə sınaqdan keçirib.

Bahalı maşınların yeni modeli üçün layihə hazırlayır, sonra maketini düzəldir…

Cəlilabad sakini 31 yaşlı Elçin Quliyev ilk belə təcürbəsini 2013-cu ildə sınaqdan keçirib. “Cadillacats” avtomobilinin yeni modelini dizayn edən gəncbueskizi şirkətin Moskva filialına göndərib.

Bu, şirkət nümayəndələrinin diqqətini cəlb etsə də eskizin 3D formatında görüntüsü tələb olunub. Amma Elçin kompüter proqramını bilmədiyindən eskizi 3D formatında  hazırlaya bilməyib.

Bu yaxınlarda isə o, kartondan “Lamborghini” avtomobilinin də yeni modelini hazırlayıb. 4 aya ərsəyə gətirdiyi maket forması ilə yanaşı mühərrikinin həcmi və gücünə görə də fərqlənir.

Əsasən bahalı sürət avtomobil modellərini hazırlamağa üstünlük verən Elçin hazırda digər brendlərin də yeni modelləri üzərində çalışır. Sonra hazırladığı modeli “Lamborghini” avtomobil şirkətinə göndərəcək.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın