Çərşənbə axşamı , İyul 27 2021
Ana səhifə / Media / “Bütün televiziyalar üzümə qapadılıb” – Azər Həsrət

“Bütün televiziyalar üzümə qapadılıb” – Azər Həsrət

Əməkdar jurnalist, siyasi şərhçi Azər Həsrət Azərbaycan televiziyalarına buraxılmır.

A.Həsrət TV kanallarının istisnasız olaraq onun üzünə qapadıldığını deyib və bununla bağlı narazılığını ifadə edib:

“Həyatımız ziddiyyətlərlə doludur. AzTV başda olmaqla, siyasi xəttini dəstəklədiyim rəsmi kurs, bütün TV kanalları – istisnasız! – üzümə qapalıdır. O kursu müdafiə etmək üçün “Xural” TV rəhbəri Əvəz Zeynallıdan efir istəyəndə isə “buyur, gəl, gözümüz üstdə yerin var” cavabını alıram.

Hə, bir də daha bir kanal – “El Üçün” TV-də hakimiyyətə kəskin tənqidçi mövqedə olsa da onu bütün varlığı ilə müdafiə edən Azər Həsrətə həvəslə efir vaxtı təqdim edir. Lap qədim dostlardan olan “Müsavat” TV də öz yerində. Bir də “Səs” TV var, var olsun!

Digər “hipermüstəqil” onlayn TV kanalları da elə AzTV kimi üzümə qapalıdır”.

Qeyd edək ki, Prezidentin ictimai-siyasi məsələlər üzrə keçmiş köməkçisi Əli Həsənov vəzifədə olarkən TV-lərin efir məkanlarında qonaq qismində iştirak edən əsas simalardan biri Azər Həsrət idi. Hətta Xəzər TV-də yayımlanan “Tərs bucaq” adlı proqrama aparıcılıq edirdi.

Həmçinin oxuyun

“Azəriqaz”ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsindən azad olunub

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov başqa işə keçməsi ilə bağlı tutduğu …