Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Media / Bulvardakı qiymətlərdən şikayətləndi – “Öz millətinə qənim kəsilən…”

Bulvardakı qiymətlərdən şikayətləndi – “Öz millətinə qənim kəsilən…”

Tanınmış jurnalist Ləman Ələşrəfqızı bulvardakı qiymətlərdən şikayətlənib.

Qafqazinfo” xəbər verir ki, bu barədə status yazan keçmiş ANS-çi bulvarı boykot etdiyini bildirib:

“Çoxdandır bulvarda olmuram. Demək olar ki, yaydan – yaya bir, ya iki dəfə gedəm. Az əvvəl də qəfil qərar verdik ki, çıxaq bir az hava alaq. Hava da yoxdur, bulvarda alış-veriş edənlərdə vicdan da! Bunlar bu qiymətləri necə müəyyən edirlər? İki dondurma, bir su aldıq, 6 manat verdik. Hansı ki, o dondurma dükanda 40 qəpikdir, bunlar da versin cəhənnəm 60 qəpiyə. Daha 2 manata birini, 3 manata o birini yox daa! Deyirəm bizim qədər fürsətcil, öz millətinə qənim kəsilən, varlanmaq hərisi ikinci bir millət varmı? Axı bulvara gələn varlı təbəqə də deyil, əksəriyyəti kasıb-kusubdur, elə qiymət qoyun ki, bir gələn ikinci dəfə də gəlsin. Şəxsən mən bu gündən bulvarı baykot edirəm!”

Həmçinin oxuyun

Yazıq jurnalist nədən və kimdən yazsın?..

Azərbaycan cəmiyyətində çox zərərli tendensiya formalaşıb. Heç kim tənqid olunmaq istəmir. Məsələ burasındadır ki, tənqidə …

Bir cavab yazın