Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / Media / Büdcədən Balakənə ayrılan  5 milyon manat vəsait necə mənimsənilib?

Büdcədən Balakənə ayrılan  5 milyon manat vəsait necə mənimsənilib?

Prezidentin ayırdığı 5 milyon manat hara xərclənib?

Ölkə prezidentinin bir sıra rayon İcra hakimiyyəti başçılarını vəzifələrindən azad etməsi ölkə vətəndaşlarını bir xeyli ümidləndirib. Sirr deyil ki, əksər “kiçik padşahlar” rayonları talamaqla məşgul olduğundan, xalq onların vəzifələrindən qovulmalarını rəgbətlə qarşılamaqdadır. İndi ölkə vətəndaşlarını bir sual düşündürür; vəzifədən qovulmaq sırası kimdə? Bu sırada ucqar rayonlarımızdan biri-Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayevin də adı hallanmaqdadır. Balakəndən Millətim.info-ya daxil olan məlumat sözün əsil mənasında bizə “şok”yaşadıb. Məlumatda bildirilir ki, ölkə prezidenti tərəfindən Balakən şəhəri ilə 16 km məsafədə yerləşən Qabaqçöl kəndini birləşdirən yolun asfalt örtüyünün yenilənməsinə ayrılmış 5 milyon manat vəsait israfçılıqla mənimsənilib.
Sıra Balakən İcra hakimiyyətindəmi?!
Məlumatda xüsusi olaraq vurgulanıb ki, Balakəndə və qonşu Zaqatala rayonunda asfalt zavodları fəaliyyət göstərməsinə baxmayaq İcra hakimiyyətinin başçısı İ.Rzayev asfaltın 250 km məsafədə yerləşən Göyçay rayonundan daşınmasına göstəriş verib. Səbəb isə başçının Göyçaylı olması imiş. Həmin zavodun da İ.Rzayevin qohumlarından birinə məxsus olması, əldə edilmiş gəlirin də böyük hissəsinin başçıya ötürülməsi geniş müzakirə mövzusuna çevrilib. Bu inandırıcı görünür, çünki prezidentin ayırdıgı 5 milyon manat yolun yalnız yarı hissəsinə-8km 800 metrinin çəkilişinə yetərli olub. İndi balakənlilər “fəxr”lə söyləyirlər ki, onlar üçün çəkiləcək yolun örtüyü qızıldandır. İ.Rzayevin digər qanunsuz əməlləri barədə yaxın günlərdə əlavə məlumatlarımız olacaq.
Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Həmçinin oxuyun

Əli Həsənovun jurnalisti şantaj etməsinə reaksiya: “Görün, qafası dünən necəymiş…“

Prezidentin keçmiş köməkçisi Əli Həsənovun adı ətrafında növbəti dəfə qalmaqal yaranıb. Belə ki, Həsənov bu …

Bir cavab yazın