Mütəxəssislərin sözlərinə görə, bu radarlarla sürücülərin cərimələnməsini qanunsuzdur və bu radarlara əsasən tərtib edilən protokolların silinə bilər. Çünki həmin radardarlardan əvvəl heç bir xəbərdaredici nişan quraşdırılmayıb və bu hal yol hərəkəti haqqında qanuna ziddir.

Sürətli yolun bir neçə yerində radarlar quraşdırılsa da, mütəxəssislər bu radarları qanunsuz hesab edir. Çünki radarlar quraşdırılarkən yol hərəkəti haqqinda qanunun tələbləri pozulub. Söhbət hər gün minllərlə avtomobilin hərəkət etdiyi paytaxtdakı aeroport şossesindən gedir.

Bu yolda sürət həddi yol nişanı ilə yox, elektron tablolarla göstərilir ki, belə tablolar radardan əvvəl yox, radarlarla bir yerdə qoyulub.

Yol hərəkəti üzrə mütəxəssis Tural Yusifov bildirir ki, bu yolda sürücülərin avtomobili yüksək sürətlə idarə etməsi tövsiyyə olunmasa da, onlar bu yolda xəta etdiyi üçün tərtib edilən protokol silinə bilər.

Eyni hal Zığ şossesində quraşdırılan bəzi radarların ətrafında da yaşanır.

Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov açıqlamasında bildirib ki, radarlar quraşdırılarkən bütün normalara əməl edilir. Əgər sürücülərin şikayəti varsa, yol polisinə müraciət edə bilərlər.