Bazar ertəsi , Yanvar 25 2021
Ana səhifə / Media / Bu yerlərdə pulsuz avtodayanacaqlar quraşdırılacaq

Bu yerlərdə pulsuz avtodayanacaqlar quraşdırılacaq

Azərbaycanda çimərliklərin yaxınlığında pulsuz avtodayanacaqlar quraşdırılacaq.

Trend-in məlumatına görə, bu, dövlət başçısının sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017-2020-ci illər üçün Tədbirlər Planı”nda qeyd edilib.

Tədbirlər Planına əsasən, 2017-2020-ci illərdə çimərlik operatorlarının istifadəsində olan çimərlik sahələrinin dənizə çıxış yerlərində standartlara uyğun məlumatlandırma lövhələri quraşdırılacaq. Həmin ərazinin yaxınlığında nəqliyyat vasitələri üçün pulsuz avtodayanacaqların salınması ilə bağlı tədbirlər görüləcək.

Eyni zamanda, 2017-ci ilin aprel-sentyabr ayları ərzində çimərliklərin fəaliyyətini tənzimləyən hüquqi aktlar hazırlanacaq, o cümlədən korporativ idarəetmənin və keyfiyyət standartlarının təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması nəzərdə tutulur.

Bu il ərzində Xəzər dəniziinin sahillərində yeni çimərliklərin salınması üçün müvafiq sahilboyu ərazilərin müəyyən edilməsi, model çimərlik layihələri əsasında çirmərliklərin yaradılması ilə bağlı təkliflər hazırlanacaq.

Həmçinin oxuyun

Əli Həsənovun jurnalisti şantaj etməsinə reaksiya: “Görün, qafası dünən necəymiş…“

Prezidentin keçmiş köməkçisi Əli Həsənovun adı ətrafında növbəti dəfə qalmaqal yaranıb. Belə ki, Həsənov bu …

Bir cavab yazın