Ana səhifə / Media / Bu tələbələrə də kredit veriləcək – SİYAHI

Bu tələbələrə də kredit veriləcək – SİYAHI

Daha iki universitet ödənişli əsaslarla təhsil alan tələbələrinə kredit ayrılması üçün “Maarifçi” Tələbə Kredit Fonduna müraciət edib.

Bu barədə AzVision.az-ın sorğusuna cavab olaraq Fonddan məlumat verilib.

Məlumatda qeyd edilib ki, Lənkəran Dövlət Universiteti və Xəzər Universiteti tərəfindən Fonda yazılı müraciət olunub. Nəticədə növbəti dəfə Fondun yaradılmasında iştirak edən dövlət ali təhsil müəssisələri–Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Gəncə Dövlət Universiteti və Sumqayıt Dövlət Universitetinin tələbələri ilə yanaşı artıq bu iki universitetin tələbələri də təhsil haqlarını ödəmək üçün kredit alacaqlar.

Məlumatda həmçinin qeyd edilib ki, “Maarifçi” Tələbə Kredit Fondunun yeni fəaliyyətə başladığını nəzərə alaraq, 2016-cı il ərzində yalnız bakalavr pilləsində təhsil alan tələbələrə “Təhsil haqqı kreditləri” təqdim olunacaq. Növbəti illərdə bu kreditlər digər təhsil pillələri üzrə təhsil alan tələbələrə də şamil oluna bilər.

Qeyd edək ki, bu il 22 tələbənin təhsil haqlarının ödənilməsi üçün Fonddan kredit ayrılıb.

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …

Bir cavab yazın