Şənbə , Sentyabr 23 2023
Ana səhifə / Media / Bu saytının 9 yaşı tamam olur

Bu saytının 9 yaşı tamam olur

Bu gün ölkənin tanınmış saytı olan Xəbəral.Az xəbər saytının 9 yaşı tamam olur.
Sayt 2014-ci il iyulun 24-ü fəaliyyətə başlayıb və qısa müddət ərzində geniş oxucu kütləsi toplayıb.

Ölkədə və dünyada baş verən ən mühüm hadisələri işıqlandıran Xəbəral.Az portalı geniş oxucu auditoriyasına malikdir. 
Saytda aktual xəbərlərlə yanaşı, müsahibələr, analitik məqalələr, foto və videoreportajlar da dərc olunur.
Sayt hər zaman doğru, dolğun, dəqiq və operativ şəkildə paylaşdığı informasiya ilə öz izləyici kütləsini qazanıb.
Sosial, ictimai, mədəni, siyasi, iqtisadi Azərbaycanda və dünyada baş verən bütün yenilikləri oxuculara çatdıran sayt, sosial məsələlərin işıqlandırılmasına da daim həssaslıqla yanaşıb.
Bu ötən illər ərzində oxucularına hər zaman aktual məsələlərə dair xəbərləri çatdırmağa çalışıb.
Dəqiq müəyyənləşdirilmiş informasiya siyasəti və sosial şəbəkələrdəki fəal iş sayəsində Xəbəral.az Azərbaycanın media məkanında özünün layiqli yerini tutub. 

Xatırladaq ki, Xəbəral.az saytı fərqli sosial şəbəkə platformalarında geniş izləyici sayı toplayıb.

Xəbəral.az xəbər portalının baş redaktoru Mirismayıl Xələfli vurğulayıb ki, bu gün mətbuata xüsusi dövlət qayğısı və diqqətinin mövcud olması, eyni zamanda, söz, fikir və özünüifadə azadlıqlarının ən yüksək səviyyədə təsbit edilməsi, mətbuatın maddi-texniki və maliyyə bazasının gücləndirilməsi, media institutunda təmsil olunan şəxslərin səmərəli fəaliyyəti üçün əlverişli şəraitin yaradılması və digər bu kimi amillər dövlətin mətbuata qayğısı kimi dəyərləndirilməlidir.

Mirismayıl Xələfli

Nəzərinizə çatdıraq ki, bu gün həmçinin Xəbəral.az saytının Baş redaktoru Mirismayıl Xələflinin 39 yaşı tamam olur.

Həmçinin oxuyun

Rauf Arifoğlu ilə Akif Aşırlının ailəsində xoş gün -FOTOLAR

“Yeni Müsavat” Media Qrupun rəhbəri Rauf Arifoğlunun qızı Dünya və “Şərq” qəzetinin təsisçisi Akif Aşırlının …