Xəbər verdiyimiz kimi, bu gündən Bakı Metropoliteninin “Sahil” stansiyası bağlanıb.
“Qafqazinfo”nun fotoqrafı Nuran Məmmədov səhər saatlarından təmir işlərinə başlanılan stansiyada olub. “Sahil”in giriş-çıxışı, hətta platforması belə artıq qapadılıb. Divarlarda söküntü işlərinə start verilib.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev “Qafqazinfo”ya bildirib ki, stansiya bir də 2018-ci ilin yayında sərnişinlərin üzünə açılacaq. Həm də yeni görkəmdə…
Bir il müddətinə daxil ola bilməyəcəyiniz stansiyadan görüntüləri təqdim edirik: